...

Argentina Prezidenti Azərbaycana rəsmi səfərə dəvət olunub

Siyasət Materials 27 İyul 2012 13:11 (UTC +04:00)
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Argentina Prezidenti Kristina Fernandez de Kirçner Argentinada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib
Argentina Prezidenti Azərbaycana rəsmi səfərə dəvət olunub

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Argentina Prezidenti Kristina Fernandez de Kirçner Azərbaycana rəsmi səfərə dəvət olunub.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Argentina Prezidenti Kristina Fernandez de Kirçner Argentinada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib.

Qəbula görə təşəkkürünü bildirən Məmmədyarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Argentina dövlət başçısına çatdırıb və Azərbaycan Prezidenti tərəfindən argentinalı həmkarına ünvanlanmış Azərbaycana rəsmi səfərə dəvət məktubunu təqdim edib.

Öz növbəsində Prezident Kirçner də salamlarını və xoş arzularını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib və dəvəti məmnuniyyətlə qəbul etdiyini vurğulayıb.

Görüşdə Argentina Prezidenti son illər iki ölkə arasında əməkdaşlığın dinamik inkişafından məmnun olduğunu qeyd edib və Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Həm Argentina və həm də Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu bildirən Prezident Kirçner iki ölkə arasında əməkdaşlığın inkişafının qarşılıqlı səmərəli nəticələrə gətirib çıxaracağına əmin olduğunu söyləyib.

Nazir Elmar Məmmədyarov ölkəmizin son illər ərzində əldə etdiyi yüksək iqtisadi nailiyyətlər, inkişaf strategiyası, regional inkişaf və əməkdaşlıqdakı rolu, beynəlxalq nüfuzunun güclənməsi, xarici siyasət prioritetlərindən, eləcə də Latın Amerikası ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olmasından danışıb. Bu istiqamətdə, Argentinanın ölkəmiz üçün xüsusi önəm daşıdığını bildirən Elmar Məmmədyarov Cənubi Amerikada ilk diplomatik nümayəndəliyimizin də məhz Buenos-Ayresdə təsis edildiyini qeyd edib, habelə Argentina tərəfinin Bakıda Səfirliyinin təsis edilməsi ilə bağlı verdiyi qərarına görə Azərbaycan Respublikası adından Prezident Kirçnerə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti