...

Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusuna general-mayor ali hərbi rütbəsi verilib

Siyasət Materials 14 Avqust 2012 19:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusuna general-mayor ali hərbi rütbəsi verilib

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi polkovnik Əfqan Vəli oğlu Nağıyevə, Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin birinci müavini - Maddi-Texniki Təminat Qərargahının rəisi polkovnik Cavid Mirhəmzə oğlu Abdullayevə, Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi polkovnik Azad Qaçay oğlu Ələkbərova general-mayor ali hərbi rütbəsi verilib.

Xəbər lenti

Xəbər lenti