...

ABŞ dövlət katibi konqresmenin Cənubi Azərbaycan məsələsi üzrə məktubuna cavab verib

Siyasət Materials 28 Avqust 2012 13:44 (UTC +04:00)
ABŞ Dövlət Departamenti konqresmen Dana Rorobaher tərəfindən dövlət katibi Hillari Klintonun adına məktubun daxil olmasını təsdiq edib.
ABŞ dövlət katibi konqresmenin Cənubi Azərbaycan məsələsi üzrə məktubuna cavab verib

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir E.Tarıverdiyeva/

ABŞ Dövlət Departamenti konqresmen Dana Rorobaher tərəfindən dövlət katibi Hillari Klintonun adına məktubun daxil olmasını təsdiq edib. Məktubda Cənubi Azərbaycanın İrandan ayrılaraq müstəqilliyi uğrunda mübarizəyə dəstək verilməsinin vacibliyi və onun Azərbaycanla mümkün birləşməsi məsələsi yer alıb. Trend-in məlumatına görə, bu barədə brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bildirib.

Nulandın sözlərinə görə, dövlət katibi konqresmenin məktubuna cavab verib, lakin yazışmanın təfərrüatları açıqlanmayacaq.

"Biz ərazi bütövlüyü prinsipinə riayət edilməsinin lehinə çıxış edirik", - Nuland jurnalistlərin ABŞ-ın Cənubi Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə mümkün dəstək verməsi haqqında sualını cavablandırarkən deyib.

Xəbər lenti

Xəbər lenti