Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
Milli Məclisin deputatı İlham Məmmədov İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Parlament Forumunun yaradılması ilə əlaqədar keçiriləcək müzakirələrdə iştirak etmək üçün sentyabrın 3-dən 7-dək Pakistanda səfərdə olacaq.
Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İslamabad şəhərində keçiriləcək toplantıya 10 müsəlman dövlətinin - Türkiyə, İran, Əfqanıstan, Pakistan, Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın nümayəndələri qatılacaq.
Deputatımız müzakirələrdə fəal iştirak edəcək, yeni yaradılacaq Parlament Forumu ilə bağlı fikirlərini bildirəcək.