...

Azərbaycan islam dünyasının ayrılmaz hissəsi və tolerantlığın nümunəsidir – ekspertlər

Siyasət Materials 12 Sentyabr 2012 11:56 (UTC +04:00)
Azərbaycan islam dünyasının ayrılmaz hissəsidir və islam dəyərləri Bakı üçün qiymətlidir.
Azərbaycan islam dünyasının ayrılmaz hissəsi və tolerantlığın nümunəsidir – ekspertlər

ABŞ, Vaşinqton, 12 sentyabr /Trend, xüsusi müxbir Natali Zaytsova/

Azərbaycan islam dünyasının ayrılmaz hissəsidir və islam dəyərləri Bakı üçün qiymətlidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) keçirilən "Cənubi Qafqazda və Mərkəzi Asiyada dünyəvi və mötədil islam: modellər və problemlər" adlı konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, CSIS konfransı çox vacibdir və faydalıdır. Çünki problemlər haqqında açıq danışmaq onların həll edilməsi şanslarını artırır.

"Mən qarşılıqlı anlaşma və dinc yanaşı yaşama mədəniyyətinin inkişafına kömək edən və ekstremizmi rədd edən ölkəmi qürurla təmsil edirəm", - Fətəliyeva bildirib.

O, Azərbaycanın qadın hüquqlarına riayət olunmasına, siyasi plürealizmə, irsin və mədəniyyətin saxlanmasına sadiq olduğunu qeyd edib.

"Buna Heydər Əliyev Fondunun maliyyələşdirdiyi Roma katakombalarının bərpası layihəsi nümunədir", - Fətəliyeva deyib.

Sonda Fətəliyeva Azərbaycanın ekstremizmin və radikalizmin yayılmasının qarşısının alınmasına yönələn beynəlxalq səylərə sadiqliyini vurğulayıb.

Konfrans çərçivəsində ekspertlər qrupu regionda müxtəlifliyin və sabitliyin dəstəklənməsi ilə bağlı daxili və xarici amilləri də nəzərdən keçiriblər.

Beynəlxalq Münasibətlər Şurasında beynəlxalq məsələlər üzrə əməkdaş və dövlət katibi Hillari Klintonun baş müşaviri Coşua Uolker Türkiyənin mühüm oyunçu kimi "Ərəb baharı"ndan sonra artan rolunu qeyd edib.

Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti problemləri üzrə "İrs" Fondunun aparıcı eksperti Ariel Koen bildirib ki, Rusiya özünün tarixi əlaqələri və geosiyasi maraqları sayəsində regionda mühüm rol oynayıb.

İsrailin Hayfa Universitetinin baş müəllimi Brend Şafferin sözlərinə görə, aydındır ki, həll edilməmiş ərazi mübahisələri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi qaldıqca Cənubi Qafqazda sabitliyə nail olmaq qeyri-mümkündür.

Konfransda çıxış edən ekspertlər Dağlıq Qarabağ münaqişəsinin real, hərtərəfli diplomatik həllinə gəlməyi tövsiyə ediblər və qeyd ediblər ki, ABŞ bu məsələdə hər cür kömək göstərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti