...

Azərbaycanlı deputatlar Belarus Milli Şurasının Nümayəndələr Palatasına keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Siyasət Materials 14 Sentyabr 2012 12:52 (UTC +04:00)
Millət vəkilləri ölkənin paytaxtındakı bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.
Azərbaycanlı deputatlar Belarus Milli Şurasının Nümayəndələr  Palatasına keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Azərbaycanlı deputatlar Belarus Milli Şurasının Nümayəndələr Palatasına keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Azay Quliyev və Ağalar Vəliyev sentyabrın 22-də Belarus Respublikası Milli Şurasının Nümayəndələr Palatasına keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Minskə səfər edəcəklər.

Xəbər lenti

Xəbər lenti