Yeni Azərbaycan Partiyası Ramil Səfərov məsələsi ilə bağlı Avropa Parlamentinə müraciət ünvanladı

Yeni Azərbaycan Partiyası Ramil Səfərov məsələsi ilə bağlı Avropa Parlamentinə müraciət ünvanladı

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Avropa Parlamentinin (AP) 13 sentyabr 2012-ci il tarixində qəbul etdiyi "Avropa Parlamentinin Azərbaycan haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi" adlı sənədlə bağlı bu quruma müraciət ünvanlayıb.

"Avropa Parlamentinin 13 sentyabr 2012-ci il tarixində qəbul etdiyi "Avropa Parlamentinin Azərbaycan haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi" adlı sənəddə yer alan müddəalar Yeni Azərbaycan Partiyası və Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıq və təəssüflə qarşılanıb", - Trend hakim partiyanın rəsmi saytına istinadən məlumat verir ki, bu fikirlər YAP-ın Avropa Parlamentinə göndərdiyi müraciətdə öz əksini tapıb.

Müraciətdə qeyd olunub ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra həyata keçirdiyi daxili və xarici siyasət, aparılan demokratik-hüquqi islahatlar sayəsində Avropa dəyərlərinə sadiq qaldığını dəfələrlə nümayiş etdirib. Azərbaycan Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığında fəal iştirak edir, "Euronest"in qurucu üzvüdür və təsadüfi deyil ki, beynəlxalq öhdəliklərə ardıcıl riayət edən ölkəmiz, məhz bu istiqamətdəki nüfuzu sayəsində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib.

"Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiya olunmasında və əfv edilməsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq, "Məhkum olunmuş şəxslərin köçürülməsi haqqında Konvensiya"nın 12-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə istinad edib. Göründüyü kimi, Ramil Səfərov məsələsində əvvəldən sonadək bütün hüquqi prosedurlar tam dəqiqliklə yerinə yetirilib", - YAP-ın Avropa Parlamentinə müraciətində bildirilir.

Budapeşt məhkəməsinin 2004-cu ildə Ramil Səfərov haqqında qəbul etdiyi olduqca sərt qərarının (ömürlük həbs və yalnız 25 ildən sonra appellyasiya ilə bağlı müraciətin qəbul olunması) nədənsə humanizm prinsiplərini rəhbər tutan ümumavropa qurumları tərəfindən tam laqeydliklə qarşılanmasının təəssüf doğurduğu xatırlanan müraciətdə qeyd olunur ki, Avropada fəaliyyət göstərən və geniş imkanlara malik erməni lobbisinin təzyiqi altında verilmiş bu qərarda məhkumun vəziyyətinə təsir göstərən heç bir yüngülləşdirici hal demək olar ki, nəzərə alınmamışdı.

Müraciətdə nəzərə çatdırılır ki, Ramil Səfərov Ermənistan silahlı birləşmələri tərəfindən işğala məruz qalan Azərbaycanın Cəbrayıl bölgəsində doğulub, qohumları və yaxınları öldürülüb, ailəsi isə qaçqın vəziyyətinə düşüb. Həmçinin, 2004-cü ildə Budapeştdə NATO-nun ingilis dili kurslarında təlim keçərkən mütəmadi olaraq, erməni zabiti Qurgen Markaryan tərəfindən provakasiya xarakterli hərəkətlərə, təhqirlərə məruz qalıb və affekt vəziyyətində bu cinayəti törədib.

"Təəssüf hissi ilə bildiririk ki, Avropa Parlamenti Ramil Səfərov məsələsi ilə əlaqədar Azərbaycan haqqında qətnaməsində hadisənin motivlərinə və törədilməsi şəraitinə, çıxarılan hökmün hüquq məntiqinə sığmayan dərəcədə sərt olmasına qətiyyən məhəl qoymamasıdır. Ramil Səfərov məsələsi əslində səbəb yox nəticədir. Bu xoşa gəlməyən hadisəni Ermənistanın Azərbaycana təcavüzü, on minlərlə insanların həlak olması, ailələrin dağılması, bir milyon azərbaycanlıların etnik təmizləməyə məruz qalmasından ayrı təsəvvür etmək qeyri-mümkündür. Avropa parlamentarilərinin bir qrupunun qəbul etdiyi məlum qətnamədə göstərdiyinin əksinə olaraq, beynəlxalq hüquq indi yox, məhz o zaman pozulub və bu günə qədər vəziyyət dəyişməyib. Buna görə də əslində Qurgen Marqaryan Qarabağ münaqişəsinin qurbanıdır. Müəyyən mənada Ramil Səfərov da bu münaqişənin qurbanı sayıla bilər, çünki ömrünün 9 ilini həbsxanada keçirib", - YAP-ın AP-yə müraciətində belə qeyd olunur.

Yeni Azərbaycan Partiyası müraciətdə Avropa Parlamentinin rəhbərliyinin və qətnamənin qəbul olunmasına səs vermiş üzvlərinin diqqətinə çatdırıb ki, yuxarıda sadalanan vacib məqamların nəzərə alınmaması Avropanın bu nüfuzlu qurumunun qətnaməsini qeyri-obyektiv və qərəzli edir. Belə bir qətnamə isə, əslində münaqişə bölgəsində gərginliyin azalmasına deyil, daha da artmasına xidmət göstərir. Nə qədər ki, beynəlxalq strukturlar davamlı olaraq insan tələfatına və böyük humanitar faciəyə səbəb olan münaqişənin ədalətli şəkildə həll edilməsi istiqamətində təsirli addımlar artmayacaq, hesab edirik ki, o vaxta qədər bölgədə baş verən faciədə onların da günah payı olacaq.

"Ramil Səfərov məsələsi ilə əlaqədar cəmiyyətin reaksiyası uzunsürən təcavüzə və onun gətirdiyi haqsızlıqlara etirazdan başqa bir şey deyil. Eyni zamanda o da unudulmamalıdır ki, yaxın tarixdə dəfələrlə dünyanın müxtəlif yerlərində qanlı terror əməlləri törətmiş şəxsləri (ASALA terror təşkilatının üzvləri: Monte Melkonyan, Vazgen Sislyan, Varujan Karapetyan və s.) Ermənistana ekstradisiya edərək onlara vətəndaşlıq pasportu verən bir ölkənin indiyədək heç bir beynəlxalq qınağa məruz qalmaması faktının özü əslində heyrət doğurur. Halbuki Ermənistan bu terrorçuları ekstradisiya etdikdən sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərərək onların vasitəsilə dinc əhaliyə divan tutub. 1992-ci ilin 26 fevralında azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı bu şəxslərin birbaşa iştirakı və təşkilatçılığı ilə baş veribdir. Lakin bu qanlı soyqırımını (613 ölü, o cümlədən 63 uşaq, 106 qadın, 70-i qoca olmaqla) törədənlər bu günə qədər cəzalarını almayıblar. Əksinə, Xocalı soyqırımının iştirakçıları törətdikləri amansız cinayətlər, azərbaycanlıların qətlləri üzərində Ermənistanda öz siyasi karyerasını qurublar. Cəmiyyətə pis nümunə, sizin qətnamədə qeyd edildiyi kimi, Ramil Səfərov məsələsi ilə deyil, ondan çox-çox qabaq, azərbaycanlıları qətlə yetirməklə karyera qurmaq faktları əsasında verilib", - müraciətdə bildirilir.

Yeni Azərbaycan Partiyasının müraciətində Azərbaycan cəmiyyətinin narahatlığı ifadə edilərək, Avropa Parlamentinin qəbul etdiyi məlum qətnaməyə etiraz bildirilib: "Sənəddə əks olunan müddəaları qeyri obyektiv və qərəzli sayır, bölgədə gərginliyi artıra biləcəyindən narahatlığını ifadə edir və gələcəkdə parlamentarilərin həssas məsələlərlə əlaqədar qərarlar qəbul edərkən problemi daha ətraflı öyrənəcəyinə ümid bəsləyir".

Qeyd edək ki, dünən Avropa Parlamenti azərbaycanlı zabit Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunması və Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi ilə bağlı qətnamə qəbul edib. Qətnamədə avropalı parlamentarilərin Ramil Səfərovun Azərbaycanda qəhrəman kimi qarşılanmasına təəssüf hissi keçirdiyi vurğulanıb və bunun Ermənistan ilə Azərbaycan arasında gərginliyin artmasına səbəb olacağından narahtlıq ifadə edilib.

Koronavirusun mutasiyalarının gözlənilməz olduğundan qorunma tədbirləri davam etdirilməlidir - ÜST
Koronavirusun mutasiyalarının gözlənilməz olduğundan qorunma tədbirləri davam etdirilməlidir - ÜST
Venesuelada koronavirusun "Braziliya" ştammına yoluxmalar qeydə alınıb
Venesuelada koronavirusun "Braziliya" ştammına yoluxmalar qeydə alınıb
İsraildə koronavirusa daha 4 173 yoluxma qeydə alınıb
İsraildə koronavirusa daha 4 173 yoluxma qeydə alınıb
Loading Bars
Xəbər lenti
Koronavirusun mutasiyalarının gözlənilməz olduğundan qorunma tədbirləri davam etdirilməlidir - ÜST
Venesuelada koronavirusun "Braziliya" ştammına yoluxmalar qeydə alınıb
İsraildə koronavirusa daha 4 173 yoluxma qeydə alınıb
"Starship" gəmisinin prototipi enişdən sonra partlayıb
Almaniyada karantin rejiminin müddəti uzadılıb
"Barselona" İspaniya Kubokunun finalına vəsiqə qazandı
Britaniyada koronavirusa yoluxanların sayı 4,2 milyon nəfərə çatır
İraqda raket hücumu nəticəsində ABŞ vətəndaşları xəsarət almayıb - Pentaqon
Türkiyədə koronavirusdan sağalanların sayı 2,6 milyon nəfərə çatır
ÜST: Dünyada ötən sutka koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb
Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb (FOTO)
İsveçdə cinayətkar 8 nəfəri yaralayıb
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Millinin oyunu neytral meydanda keçiriləcək
İrana səfər qaydaları AÇIQLANDI
Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb
Gəncədə 5 otaqlı ev yanıb
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Azərbaycanın "ağıllı" layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq
Yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənləri xeyli üstələyib
Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərc olunub
Xorvatiyanın "yaşıl enerji" şirkətləri azad edilmiş ərazilərin inkişafına öz töhfəsini verə bilər - Səfirlik
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri
Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək
MDU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib (FOTO)
Yunanıstanda dağıntılar altından bir nəfər xilas edilib
Balakəndə itkin düşən azyaşlı tapıldı
Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Güclü, təmiz və gigiyenik: Samsung Jet ™ tozsoranın ətraflı icmalı (VİDEO)
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq
ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər (FOTO)
Azərbaycan Prezidenti: Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir
Prezident İlham Əliyev: Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR
Evimizə köçəcəyimiz günü gözləyirik: Ermənilər tərəfindən evi dağıdılan sakin Trend TV-yə danışır
Məktəblərin bağlanması bizim qərarımızla deyil... - Mehriban Vəliyeva
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Martın 4-nə USD/AZN rəsmi məzənnəsi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib (VİDEO)
Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir
Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib
Qazimizin görmə qabiliyyəti bərpa edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Bütün xəbərlər