...

İlham Əliyev FIFA prezidentini qəbul edib (FOTO)

Siyasət Materials 21 Sentyabr 2012 18:20 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü FIFA-nın prezidenti Yozef Blatterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev FIFA prezidentini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü FIFA-nın prezidenti Yozef Blatterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə FIFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinin önəmi qeyd edildi, çempionata hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunduğu bildirildi. Görüşdə, həmçinin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına yüksək dövlət qayğısının göstərildiyi vurğulandı, paytaxtda və regionlarda idman infrastrukturunun yaradılması ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyi bildirildi.

FIFA-nın prezidenti Yozef Blatter FIFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının xüsusi medalını və FIFA-nın vımpelini dövlətimizin başçısına təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından FIFA-nın prezidenti Yozef Blatterin şərəfinə nahar verildi.

Xəbər lenti

Xəbər lenti