...

Türkiyə Fransada qondarma "erməni soyqırımı" haqqında qanunun qəbulu ilə bağlı vəziyyəti izləyir

Siyasət Materials 25 Sentyabr 2012 17:02 (UTC +04:00)
Türkiyə Fransada qondarma "erməni soyqırımı" haqqında qanunun qəbul edilməsi barədə məsələyə təkrar baxılması ilə bağlı vəziyyəti izləyir.
Türkiyə Fransada qondarma "erməni soyqırımı" haqqında qanunun qəbulu ilə bağlı vəziyyəti izləyir

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Fransada qondarma "erməni soyqırımı" haqqında qanunun qəbul edilməsi barədə məsələyə təkrar baxılması ilə bağlı vəziyyəti izləyir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Türkiyənin Aİ işləri üzrə naziri Egemen Baxış bəyan edib.

Onun sözlərinə görə, Türkiyənin Fransadakı səfirliyi qondarma "erməni soyqırımı" haqqında qanun layihəsinin gündəliyə daxil edilməsinin mümkünlüyü ilə bağlı hadisələrin inkişafını izləyir.

Bu gün Türkiyə həmin məsələnin təkrar müzakirə ediləcəyi barədə məlumat almayıb.

Xəbər lenti

Xəbər lenti