...

Elmar Məmmədyarov QDİƏT xarici işlər nazirlərinin toplantısında iştirak edib

Siyasət Materials 28 Sentyabr 2012 16:24 (UTC +04:00)
BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 27-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısında iştirak edib.
Elmar Məmmədyarov QDİƏT xarici işlər nazirlərinin toplantısında iştirak edib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 27-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısında iştirak edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda əsasən təşkilatın səmərəliliyinin artırılması istiqamətində görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov öz çıxışında hazırda təşkilata sədrlik edən Türkiyəyə və təşkilatın yeni baş katibinə uğurlar arzulayıb.

Nazir öz çıxışında təşkilat çərçivəsində səmərəli qərarvermə mexanizminin yaradılması və islahatların canlandırılmasının əhəmiyyətini qeyd edib. Məmmədyarov ötən Zirvə Toplantısında qəbul olunmuş QDİƏT-in İqtisadi Gündəliyinin icra olunmasının təşkilatın iqtisadi imkanlarının artmasına gətirib çıxaracağını vurğulayıb və Gündəliyin icrası üçün xüsusi Fəaliyyət Planının işlənib hazırlanmasının zəruriliyinə diqqət çəkib.

Azərbaycanın xarici işlər naziri öz çıxışında QDİƏT-in müxtəlif beynəlxalq təşkilatlarla dialoq və əməkdaşlığı alqışladığını və bu dialoqun xüsusi əhəmiyyətini nəzərə çatdırıb.

Nazir, həmçinin QDİƏT-ə üzv ölkələrdə həlli uzadılmış münaqişələrin iqtisadi inteqrasiya meyllərinə mənfi təsir etdiyini və bu münaqişələrin həllinin vacibliyini bildirib.

Xəbər lenti

Xəbər lenti