...

Riçard Morninqstar: Azərbaycanlı tələbələrin zəkası məndə çox gözəl təəssüratlar yaratdı

Siyasət Materials 28 Sentyabr 2012 18:23 (UTC +04:00)
Sentyabrın 28-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanımı Feyt Morninqstar Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzində ödənişsiz keçirilən "Amerıkanı Tanıyaq" həftəlik mühazirələr silsiləsinin builki açılışını ediblər.
Riçard Morninqstar: Azərbaycanlı tələbələrin zəkası məndə çox gözəl təəssüratlar yaratdı

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Sentyabrın 28-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanımı Feyt Morninqstar Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzində ödənişsiz keçirilən "Amerıkanı Tanıyaq" həftəlik mühazirələr silsiləsinin builki açılışını ediblər.

Trend-in məlumatına görə, səfir və xanımı Amerika mədəniyyəti, ABŞ-Azərbaycan münasibətləri və onların şəxsi hobbi və maraqları haqqında suallara cavab veriblər.

Tədbirdə Xaçmaz və Salyandakı Amerika mərkəzlərindən görüşü onlayn rejimdə izləyən 60 tələbə də daxil olmaqla, 150-dən çox tələbə iştirak edib.

"Bu gün görüşdüyüm azərbaycanlı tələbələrin zəkası məndə çox gözəl təəssüratlar yaratdı. Onların mənalı sualları və şərhləri məndə Azərbaycanın və ABŞ-Azərbaycan əməkdaşlığının gələcəyinə böyük inam yaratdı", - səfir deyib.

Amerika Mərkəzi haqqında danışarkən cənab Morninqstar qeyd edib ki, Amerika Mərkəzi bütün azərbaycanlılara Amerika mədəniyyəti haqqında öyrənmək, ingilis dilinə yiyələnmək və ABŞ-da təhsil almaq haqqında bilik əldə etmək üçün gözəl imkanlar yaradır.

"Sizlərə hər həftənin cümə günü keçirilən "Amerikanı Tanıyaq" mühazirələr silsiləsi kimi ödənişsiz proqramlardan faydalanmağı və evə götürə biləcəyiniz kitab və filmlərlə tanış olmağı məsləhət görürəm", - diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti