...

Gürcüstanda saat 17:00-dək seçicilərin 54 faizi səs verib

Siyasət Materials 1 Oktyabr 2012 20:24 (UTC +04:00)
Gürcüstanda yerli vaxtla saat 17:00-dək parlament seçkilərində seçicilərin aktivliyi 54 faiz təşkil edib.
Gürcüstanda saat 17:00-dək seçicilərin 54 faizi səs verib

Gürcüstan, Tbilisi, 1 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda yerli vaxtla saat 17:00-dək parlament seçkilərində seçicilərin aktivliyi 54 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi brifinqdə Mərkəzi Seçki Komissiyasının mətbuat spikeri Eka Azaraşvili bildirib.

Ekspertlər hesab edir ki, bu seçkilərdə rekord aktivlik qeydə alınacaq.

Gürcüstanda parlament seçkilərində 14 partiya və iki siyasi blok iştirak edir. Konstitusiyaya dəyişikliklər qüvvəyə mindikdən sonra parlament 2013-cü ildə daha geniş səlahiyyətlər əldə edəcək, dövlət başçısının hüquqları isə azaldılacaq. Seçicilərin 1/3-i səs verəcəyi halda seçkilər baş tutmuş hesab olunacaq.

Xəbər lenti

Xəbər lenti