...

ABŞ-ın senatorları İvanişvilini təbrik ediblər

Siyasət Materials 2 Oktyabr 2012 16:01 (UTC +04:00)
Bidzina İvanişvili bu gün özünün biznes mərkəzində ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland, senatorlar Cin Şafin və Ceyms Rişi qəbul edib.
ABŞ-ın senatorları İvanişvilini təbrik ediblər

Gürcüstan, Tbilisi, 2 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Bidzina İvanişvili bu gün özünün biznes mərkəzində ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland, senatorlar Cin Şafin və Ceyms Rişi qəbul edib.

"Gürcü arzusu" koalisiyasının məlumatına əsasən, qonaqlar seçkilərdə əldə edilən uğura görə İvanişvilini təbrik ediblər.

"Biz bura cənab Bidzina ilə görüşmək üçün gəlmişik və onu "Gürcü arzusu"nun uğuruna görə təbrik etmək istəyirik", - Trend-in məlumatına görə, görüşün yekununda senator Şafin qeyd edib.

Digər senator Riş ümid etdiyini bildirib ki, ABŞ və Gürcüstan arasında olan dostluq münasibətləri daha da dərinləşəcək və güclənəcək.

Oktyabrın 1-də Gürcüstanda 14 partiya və iki siyasi blokun iştirak etdiyi parlament seçkiləri keçirilib. Konstitusiyaya dəyişikliklər qüvvəyə mindikdən sonra parlament 2013-cü ildə daha geniş səlahiyyətlər əldə edəcək, dövlət başçısının hüquqları isə azaldılacaq.

Xəbər lenti

Xəbər lenti