...

Azərbaycan nümayəndə heyəti BMT QAK-ın 63-cü sessiyasında iştirak edir

Siyasət Materials 2 Oktyabr 2012 17:46 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 63-cü sessiyasında iştirak edir.
Azərbaycan nümayəndə heyəti BMT QAK-ın 63-cü sessiyasında iştirak edir

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan nümayəndə heyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 63-cü sessiyasında iştirak edir.

Trend-in Dövlət Miqrasiya Xidmətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Əli Həsənov, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov və digər şəxslər iştirak ediblər.

Sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Əli Həsənov geniş məruzə ilə çıxış edib. O, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, ölkəmizin 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini bildirib. Həsənov deyib ki, 20 ildən çox keçməsinə baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına və evlərinə qayıdışı məsələsi hələ də həll olunmayıb.

Qeyd edilib ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmalarının zəruriliyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində və bir sıra beynəlxalq təşkilatların sənədlərində vurğulanıb və beynəlxalq birliyin bu tələbinin yerinə yetirilməsi onların hüquqlarının hərtərəfli təminatı üçün olduqcа vacibdir.

Baş nazirin müavini çıxışının sonunda vurğulayıb ki, Azərbaycan hökuməti BMT QAK və digər beynəlxalq təşkilatlarla birgə məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün "Böyük qayıdış" proqramı hazırlayır və məcburi köçkünlərin öz evlərinə könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtması üçün əlindən gələni etməyə hazırdır.

Üzv dövlətlərin, müşahidəçi qismində İcraiyyə Komitəsinin üzvü olmayan ölkələrin nümayəndələrinin, BMT agentliklərinin və nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən qeyri-hökumət təşkilatların təmsilçilərinin iştirak etdiyi sessiya oktyabrın 5-dək öz işini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti