...

Aİ Türkiyəyə qarşı ikili standartlar tətbiq edir

Siyasət Materials 3 Oktyabr 2012 09:47 (UTC +04:00)
Avropa İttifaqı Türkiyəyə qarşı ikili standartlar tətbiq edir. Bunu Türkiyənin Avropa işləri üzrə naziri Egemen Baxış bəyan edib.
Aİ Türkiyəyə qarşı ikili standartlar tətbiq edir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Avropa İttifaqı Türkiyəyə qarşı ikili standartlar tətbiq edir. Bunu Türkiyənin Avropa işləri üzrə naziri Egemen Baxış bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü "Anadolu" agentliyi yayıb.

Nazirin sözlərinə görə, Ədalət və İnkişaf Partiyasının qurultayında Baş nazir Rəcəb Tayyib Ərdoğanın Aİ ilə bağlı məsələlərə xüsusi diqqət ayırmaması ilə əlaqədar yaranmış vəziyyət də məhz bununla bağlıdır.

Sentyabrın 30-da Ədalət və İnkişaf Partiyasının dördüncü qurultayı keçirilib. Qurultayda Ərdoğan 3-cü dəfə partiyanın lideri seçilib. Ona 1421 qurultay nümayəndəsi səs verib.

Xəbər lenti

Xəbər lenti