Azərbaycan, Bakı, 3 oktyabr / Trend müxbir M.Əliyev/
Oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İni qəbul edib.
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, diplomatik fəaliyyəti ilə bağlı yeni səfirə uğurlar arzulayan müdafiə naziri görüş zamanı ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin zəruriliyinə toxunub.