...

SAM-ın direktoru Fərhad Məmmədov Rusiya və Türkiyəyə səfər edəcək

Siyasət Materials 11 Oktyabr 2012 10:52 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov oktyabrın 11-13-də Rusiyanın Azərbaycan Gənclər Təşkilatının təşkil etdiyi Rusiya-Azərbaycan gənclər forumunda iştirak etmək üçün Moskva şəhərinə səfər edəcək.
SAM-ın direktoru Fərhad Məmmədov Rusiya və Türkiyəyə səfər edəcək

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov oktyabrın 11-13-də Rusiyanın Azərbaycan Gənclər Təşkilatının təşkil etdiyi Rusiya-Azərbaycan gənclər forumunda iştirak etmək üçün Moskva şəhərinə səfər edəcək.

Mərkəzdən TRend-ə verilən məlumata görə, daha sonra Fərhad Məmmədov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi tərəfindən oktyabrın 14-16-da müxtəlif ölkələrdən olan gənc liderlərin iştirakı ilə "Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu" mövzusunda Türkiyənin İstanbul şəhərində təşkil olunacaq beynəlxalq forumda iştirak və çıxış etmək üçün Türkiyəyə yola düşəcək.

Forumun təşkilində məqsəd regionda və Avrasiya məkanında sülh və sabitliyin əldə olunmasında əsas vasitəçilərdən olan gənc liderlərin konstruktiv dialoqunu yaratmaq üçün onları bir araya toplamaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti