...

İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirini qəbul edib

Siyasət Materials 13 Oktyabr 2012 16:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirini qəbul edib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi, iqtisadi sahədə əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulandı.

Görüşdə, həmçinin ölkələrimiz arasında enerji sahəsində yüksək səviyyəli əməkdaşlığın önəmi qeyd olundu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti