...

Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndələri Azərbaycana gəlir

Siyasət Materials 23 Oktyabr 2012 16:55 (UTC +04:00)
Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının (CRIF) sədri Rişar Praskyenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 23-də Bakı şəhərinə səfər edəcək.
Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndələri Azərbaycana gəlir

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının (CRIF) sədri Rişar Praskyenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 23-də Bakı şəhərinə səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-in məlumatına görə, Komitənin təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan səfər oktyabrın 26-da yekunlaşacaq.

Nümayəndə heyətinə CRIF idarə heyətinin üzvü, QHT-lər və assosiasiyalarla iş üzrə komissiyanın sədri Jan-Pyer Allali, müsəlmanlarla iş üzrə komissiyanın üzvü Veronik Harari, beynəlxalq münasibətlər komissiyasının üzvü Patrik Bloş, beynəlxalq inkişaf üzrə menecer İv Qani daxildir.

Səfər çərçivəsində oktyabrın 24-də nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək. Nümayəndə heyətinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov, Fransanın Azərbaycandakı səfirliyində görüşləri də nəzərdə tutulur.

Səfərin sonunda Quba rayonundakı Qırmızı qəsəbədə yaşayan dağ yahudiləri icmasının nümayəndələri ilə görüş planlaşdırılır.

Qeyd edək ki, Fransa Yəhudilər İnstitutlarının Təmsilçilər Şurası 60-dan çox yəhudi təşkilatını əhatə edir.

Şuranın əsas prinsipləri Fransada fəaliyyət göstərən yəhudi diasporunun hüquq və maraqlarını yerli və beynəlxalq səviyyədə müdafiə və təmsil etmək, İsrail dövləti ilə həmrəylikdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti