...

İran-Azərbaycan sərhədində yeni gömrük-keçid məntəqəsinin tikilməsi bölgənin inkişafına təkan verəcək – deputat

Siyasət Materials 31 Oktyabr 2012 17:15 (UTC +04:00)
İran-Azərbaycan sərhədində yeni gömrük-keçid məntəqəsinin tikilməsi həmin bölgənin inkişafına təkan verəcək. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin İqtisadiyyat komissiyasının rəhbəri Ərsilan Fəthipur deyib.
İran-Azərbaycan sərhədində yeni gömrük-keçid məntəqəsinin tikilməsi bölgənin inkişafına təkan verəcək – deputat

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir T.Cəfərov/

İran-Azərbaycan sərhədində yeni gömrük-keçid məntəqəsinin tikilməsi həmin bölgənin inkişafına təkan verəcək. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin İqtisadiyyat komissiyasının rəhbəri Ərsilan Fəthipur deyib.

Fəthipur bildirib ki, İranın Azərbaycanla sərhəddə yerləşən Qulubəylu kəndi ərazisində tikiləcək azad iqtisadi zonada işlər sürətləndirilməlidir. "İki ölkə arasında körpünün tikilməsi və gömrük-keçid məntəqəsinin fəaliyyəti ilə İran-Azərbaycan arasında ticari əlaqələr daha da inkişaf etdiriləcək", - o qeyd edib.

Bundan əvvəl "Araz" azad iqtisadi və ticarət zonası təşkilatının direktoru Sadiq Nəcəfi Trend-ə müsahibəsində İran-Azərbaycan sərhədində Qulubəylu kəndi ərazisində yeni gömrük-keçid məntəqəsinin tikiləcəyi ilə bağlı məlumat vermişdi.

O bildirmişdi ki, yeni gömrük məntəqəsindən sərnişinlərin gediş-gəlişi və beynəlxaq yüklərin daşınması nəzərdə tutulur.

Nəcəfi demişdi ki, Qulubəylu azad ticarət zonasının birinci fazası çərçivəsində hotel və qonaq evləri, gömrük məntəqəsi, idarəetmə işləri üçün ofislər, üstü açıq və bağlı anbarlar, ticarət şirkətlərinin ofisləri, maliyyə və kredit təşkilatlarının fəaliyyəti üçün binalar tikiləcək.

Qeyd edək, İranın Qulubəylu kəndi Azərbaycanın Füzuli rayonunun Horadiz qəsəbəsi ilə üzbəüz yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti