...

İvanişvili maliyyəyə qənaət etmək üçün Saakaşvilini dövlət dəftərxanasında işləməyə çağırıb

Siyasət Materials 2 Noyabr 2012 14:43 (UTC +04:00)
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident Mixail Saakaşvilini Prezident Sarayını tərk edərək dövlət dəftərxanasında işləməyə çağırıb.
İvanişvili maliyyəyə qənaət etmək üçün Saakaşvilini dövlət dəftərxanasında işləməyə çağırıb

Gürcüstan, Tbilisi, 2 noyabr/Trend, müxbir N. Kirsxaliya/

Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident Mixail Saakaşvilini Prezident Sarayını tərk edərək dövlət dəftərxanasında işləməyə çağırıb. Trend-in məlumatına görə, İvanişvili hökumətin iclasında bəyan edib ki, bu təklif Prezident Administrasiyasının saxlanılmasına çəkilən xərcləri maksimum azaltmaqla əlaqədardır.

"Prezident təkcə elektrik enerjisinə görə 800 000 lari (1 dollar= 1,66 lari) xərcləyir, dövlət büdcəsi isə belə həcmdə xərcləri üzərinə götürə bilməz", - Baş nazir qeyd edib.

İvanişvili vurğulayıb ki, 2013-cü ildən o, dövlətin birinci şəxsi olacaq və Prezident Sarayı onun sərəncamına keçməlidir, lakin oraya köçmək niyyətində deyil.

İvanişvili Saakaşviliyə Gürcüstan hökuməti və Baş nazirinin olduğu dövlət dəftərxanasına gəlməyi məsləhət görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti