...

HDQ komandanı: İranın istehsal etdiyi hərbi texnika özünə bəs edir

Siyasət Materials 3 Noyabr 2012 13:46 (UTC +04:00)
İran hərbi texnikanın istehsalı sahəsində özünə yetərli səviyyəyə çatıb. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin baş komandanı Həbibulla Səyyari bəyan edib.
HDQ komandanı: İranın istehsal etdiyi hərbi texnika özünə bəs edir

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

İran hərbi texnikanın istehsalı sahəsində özünə yetərli səviyyəyə çatıb. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin baş komandanı Həbibulla Səyyari bəyan edib.

"İran 1979-cu ildə İslam İnqilabının qələbəsinədək hərbi texnika sahəsində Qərbdən asılı idi", - deyən komandan Tehranda keçirilən Beynəlxalq mətbuat və informasiya agentliklərinin 19-cu yarmarkasında bildirib.

O, İranın hərbi texnikanın istehsalı sahəsində ən yüksək texnologiyalardan istifadə etdiyini qeyd edib.

"Bizim mütəxəssislərimiz hərbi texnikanı tam şəkildə layihələndirməyə, hazırlamağa, təmir etməyə və xidmət etməyə qadirdirlər", - Səyyari deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti