Azərbaycan, Bakı, 7 noyabr /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə mətbuat, jurnalistika və kiber təhlükəsizlik məsələləri, eləcə də ATƏT-in təşkilat kimi gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Miyatoviç ATƏT-in Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib.
Nazir Elmar Məmmədyarov ölkəmizin ATƏT ilə əməkdaşlığının genişləndirməyi və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.