...

Azərbaycanın hakim partiyası müxalifət partiyaları gənclərinin hərəkətlərini xuliqanlıq adlandırıb

Siyasət Materials 19 Noyabr 2012 11:41 (UTC +04:00)
Azərbaycanın hakim partiyası bəzi müxalifət partiyalarının gənclərinin hərəkətlərini xuliqanlıq adlandırıb.
Azərbaycanın hakim partiyası müxalifət partiyaları gənclərinin hərəkətlərini xuliqanlıq adlandırıb

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir E.Medhiyev/

Azərbaycanın hakim partiyası bəzi müxalifət partiyalarının gənclərinin hərəkətlərini xuliqanlıq adlandırıb.

"Bunun adına aksiya, mitinq, piket demək olmur. Mən bunun adını sadəcə xuliqanlıq qoyardım. Bu, ictimai asayişi pozmağa yönəlmiş xuliqanlıq hərəkətindən başqa bir şey deyil. Çünki o meydana gəlib orada süni surətdə ajiotaj yaradıb, qəsdən qarşıdurma yaradıb ictimai asayişi pozan hərəkətlərə bu formada rəvac vermək xuliqanlıqdan başqa bir şey deyil", - bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

YAP rəsmisi hesab edir ki, müxalifət və onun "başbilənləri" düşünməlidirlər ki, mitinq, piket başqa şeydir.

"Mitinq və piketi qanun çərçivəsində etmək lazımdır. Bu cür xuliqanlıq hərəkətləri ilə yalnız və yalnız həm cəmiyyətə, həm də bütövlükdə orada iştirak edənlərə böyük xələl gətirirlər, insanlara böyük ziyan vurular, insanların yaşayışına, onların istirahətinə böyük zərbə vururlar və bütövlükdə ictimai asayış üçün təhlükə yaradırlar. Ona görə də biz bu cür hərəkətləri pisləyirik. Biz hesab edirik ki, demokratiyanın verdiyi azadlıqlardan sui-istifadə etmək olmaz. Biz hesab edirik ki, piketlər, mitinqlər, yürüşlər qanun çərçivəsində olmalıdır. Ona görə də 17 noyabrda bir neçə gəncin arxasında gizlənərək ictimai asayişi pozmağa cəhd edənlər, hesab edirəm ki, qanun qarşısında cavab verməlidirlər", - Qurbanlı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti