...

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyə Kocaeli Böyükşəhər bələdiyyəsinin rəhbəri ilə görüşüb

Siyasət Materials 23 Noyabr 2012 13:02 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkiyə Kocaeli Böyükşəhər bələdiyyə başcısı İbrahim Karaosmanoğlu ilə görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyə Kocaeli Böyükşəhər bələdiyyəsinin rəhbəri ilə görüşüb

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkiyə Kocaeli Böyükşəhər bələdiyyə başcısı İbrahim Karaosmanoğlu ilə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin dərin tarixi, etnik və mədəni köklərə malik olduğunu deyən bələdiyyə başqanı müasir dövrdə iki ölkənin əlaqələrini yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının bu əlaqələrin inkişafına önəmli töhfələr verdiyini bildirən Karaosmanoğlu təşkilatın fəaliyyətini yüksək qiymətləndirib.

O, noyabrın 23-də açılışı gözlənilən Azərbaycan Mədəniyyət Evinin Türkiyədə Azərbaycanın daha yaxından tanıdılmasında mühüm rol oynayacağına inandığını vurğulayıb. Burada yüksək səviyyəli mədəni tədbirlərin, sərgilərin, konsert proqramlarının, elmi-praktiki konfransların keçirilməsi üçün yaxşı şəraitin yaradıldığını qeyd edib.

İbrahimov bildirib ki, Azərbaycan və Türkiyə diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələri qarşılıqlı etimada əsaslanır.

İbrahimov TADEF-in fəaliyyətinə verilən dəstəyə və Azərbaycan Mədəniyyət Evi üçün binanın ayrılmasına görə təşəkkür edərək, bu addımın iki xalq arasındakı qardaşlıq münasibətlərindən qaynaqlandığını vurğulayıb.

O, yeni açılan Azərbaycan Mədəniyyət Evinin fəaliyyətə başlaması üçün Dövlət Komitəsi tərəfindən dəstəyin verildiyini diqqətə çatdıraraq bu dəstəyin gələcəkdə daha da güclənəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti