...

Əli Həsənov: Azərbaycan və Türkiyə modeli bütün dünyaya örnək kimi göstərilir

Siyasət Materials 23 Noyabr 2012 16:51 (UTC +04:00)
Dünyada iqtisadi böhranın olmasına baxmayaq, Azərbaycan və Türkiyə Avrasiyanın ən inkişaf edən ölkələrindən biridir. Bu gün Azərbaycan və Türkiyə modeli bütün dünyaya örnək kimi göstərilir. Trend-in məlumatına görə, bunu Türkiyənin Kocaeli şəhərində Heydər Əliyev parkını ziyarət edərkən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında deyib.
Əli Həsənov: Azərbaycan və Türkiyə modeli bütün dünyaya örnək kimi göstərilir

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Dünyada iqtisadi böhranın olmasına baxmayaq, Azərbaycan və Türkiyə Avrasiyanın ən inkişaf edən ölkələrindən biridir. Bu gün Azərbaycan və Türkiyə modeli bütün dünyaya örnək kimi göstərilir. Trend-in məlumatına görə, bunu Türkiyənin Kocaeli şəhərində Heydər Əliyev parkını ziyarət edərkən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında deyib. Məlumatı Türkiyənin "İhlas" xəbər agentliyi yayıb.

"Türkiyə və Azərbaycan xalqları hər gün inkişaf etməkdədir. Bu iki ölkənin həm iqtisadiyyatı, həm də əhalisi artır", - Həsənov bildirib.

PA rəsmisi bildirib ki, bütün bunların fonunda dünyada Azərbaycan və Türkiyənin inkişafını istəməyən qüvvələr müxtəlif siyasət yürütməkdədirlər.

Onun sözlərinə görə, müsəlman dünyasında inkişaf edən Azərbaycan və Türkiyənin qarşısında maneə yaradırlar.

"Lakin heç bir güc iradəmizin, gücümüzün, dövlət başçılarımızın və xalqlarımızın gücü qarşısında dayana bilməz", - Həsənov bildirib.

Həsənov onu da bildirib ki, iki xalqın iqtisadiyyatı, mədəniyyəti və gücü birləşməklə yanaşı, qlobal dünyada bunları bir güc halına gətirən siyasətimiz olacaq.

PA rəsmisinin sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanın neft və qaz ehtiyatlarının Türkiyə ərazisi ilə dünyaya çatdırılması, Şərq və Qərbi birləşdirən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin çəkilməsində göstərdiyi səylər Türkiyə üçün böyük bir perspektiv və xalqlarımızın gələcəyinin təmini üçün böyük üstünlük yaradır.

"Bizim nəsil təməli qoyulan layihələrin səmərəsini görməsə də, gələcək nəsillər bu layihələrin səmərəsini görəcək", - Həsənov qeyd edib.

PA rəsmisi çıxışında həmçinin vurğulayıb ki, iqtisadi-siyasi güclərini birləşdirən Azərbaycan və Türkiyə heç kimin maraqlarına zidd addım atmır, heç kimin torpağında, sərvətində və dövlətində gözü yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti