...

Fransa xarici işlər nazirinin gələn ilin I yarısında Azərbaycana səfəri planlaşdırılır

Siyasət Materials 10 Dekabr 2012 15:57 (UTC +04:00)
Fransanın xarici işlər naziri Loran Fabiusun gələn ilin birinci yarısında Azərbaycana səfəri planlaşdırılır.
Fransa xarici işlər nazirinin gələn ilin I yarısında Azərbaycana səfəri planlaşdırılır

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir E.Mehdiyev/

Fransanın xarici işlər naziri Loran Fabiusun gələn ilin birinci yarısında Azərbaycana səfəri planlaşdırılır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Fransanın Azərbaycandakı səfri Paskal Monye bildirib.

Səfir qeyd edib ki, səfər zamanı ikitərəfli əməkdaşlıq məsələləri və aktuallıq kəsb edən beynəlxalq məsələlər müzakirə olunacaq.

Gələn il Fransa və Azərbaycan arasında bir sıra mühüm qarşılıqlı səfərlər həyata keçiriləcək. Bu səfərlərin proqramları və konkret tarixləri hazırda dəqiqləşdirilir.

Səfir bildirib ki, eyni zamanda, iqtisadi əməkdaşlıq üzrə Fransa-Azərbaycan hökümətlərarası komissiyasının iclası 2013-cü ildə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti