...

Polşa XİN rəhbərinin əvəzinə Cənubi Qafqaz ölkələrinə digər məmur səfər edəcək

Siyasət Materials 10 Dekabr 2012 17:31 (UTC +04:00)
Polşa, Bolqarıstan və İsveçin xarici işlər nazirləri dekabrın 11-də Cənubi Qafqaz ölkələrinə səfər etməyi planlaşdırırlar.
Polşa XİN rəhbərinin əvəzinə Cənubi Qafqaz ölkələrinə digər məmur səfər edəcək

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Polşa, Bolqarıstan və İsveçin xarici işlər nazirləri dekabrın 11-də Cənubi Qafqaz ölkələrinə səfər etməyi planlaşdırırlar. Bu barədə bazar ertəsi Trend-ə diplomatik mənbə bildirib.

Səfərin məqsədi regionun hər üç ölkəsində ictimai-siyasi vəziyyətlə tanışlıqdır. Bununla əlaqədar olaraq, Azərbaycan, Gürcüstan və Ermənistanın rəsmi şəxsləri ilə görüşlər keçiriləcək.

Nazirlərin ilk səfəri Azərbaycana olacaq.

Polşanın Azərbaycandakı səfirliyindən Trend-ə bildiriblər ki, bu ölkənin XİN rəhbəri Rodoslav Sikorski gərgin iş qrafiki səbəbindən regiona səfərini ləğv edib. Onu əvəzinə regiona Polşa Prezidenti Administrasiyasının rəhbəri Yatsek Mixalovski səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti