Azərbaycan, Bakı, 12 dekabr / Trend, müxbir A.Tağıyeva /
Azərbaycanın Qətərə yeni təyin olunmuş səfiri Tofiq Abdullayev etimadnaməsini bu ölkənin xarici işlər naziri Xalid ben Məhəmməd əl-Atiyaya təqdim edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Qətərin "Əl-Ərəb" qəzeti xəbər verib.
Görüş zamanı ölkələr arasındakı ikitərəfli münasibətlər və gələcək əməkdaşlıq müzakirə olunub.
Abdullayev bu postda Eldar Səlimovu əvəz edib. Bu vəzifəyə təyin olunanadək Abdullayev Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri vəzifəsində çalışıb.