...

Aydın Mirzəzadə: Azərbaycan mövqelərini atəşə tutmaqla Ermənistan elitası ac ölkədə mövqeyini qorumağa çalışır

Siyasət Materials 4 Yanvar 2013 12:10 (UTC +04:00)
Hər axşam Azərbaycan mövqelərini atəşə tutmaqla Ermənistan elitası ac ölkədə öz mövqeyini qorumağa, hərbiyə ayrılan vəsaitləri silməyə, eyni zamanda Azərbaycanı "qorxutmağ"a çalışır.
Aydın Mirzəzadə: Azərbaycan mövqelərini atəşə tutmaqla Ermənistan elitası ac ölkədə mövqeyini qorumağa çalışır

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir M.Əliyev/

Hər axşam Azərbaycan mövqelərini atəşə tutmaqla Ermənistan elitası ac ölkədə öz mövqeyini qorumağa, hərbiyə ayrılan vəsaitləri silməyə, eyni zamanda Azərbaycanı "qorxutmağ"a çalışır, bunu cümə günü Trend-ə cəbhə xəttində atəşkəs rejiminin intensiv pozulması məsələsini şərh edərkən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

"Ermənistan bunu ciddi rejim fəaliyyəti kimi hər gün, özü də gecə zamanı edir. Qazax tərəfdən Horadizə qədər bütün cəbhə xətti atəşə tutulur, düşmən xislətinə sadiq olduğunu göstərir, aqressiv siyasətində olduğunu bir daha sübut edir" Mirzəzadə deyib.

Deputatın sözlərinə görə. düşmən cavabını artıqlaması ilə alır, mövqeləri dağıdılır, həm əskəri, həm zabiti qorxu içində saxladılır, hətta itkisi də olur. Düşmən qarşısında hazırlıqlı və əzmli bir silahlı qüvvə olduğunu görür.

"Ermənistan muharibədən heç nə qazanmadı. Azərbaycan və Türkiyə kimi nəhəng dövlətlərlə münasibətləri sıfırdır, bu isə onu hər il bir neçə milyard dollar gəlirdən qoyur. İqtisadi inkişaf sıfırdır, bu isə əhalisinin durmadan Ermənistandan köçməsinə səbəb olur. 300 minə qədər erməni bu gün düşmən elan etdikləri Türkiyədə türk çörəyi yeyirlər. Qapı açıq olsa, Azərbaycana da axıb gələrlər" Mirzəzadə əlavə edib.

Deputat hesab edir ki, Ermənistan hakimiyyəti çıxış yolunu militaristləşməkdə görür. 2012-ci ildə 2,2 milyrad ABŞ dollarlıq büdcənin 350 milyonu ( 16%) hərbiyə gedirdi, 2013-cü ilə 2,5 milyard dollarlıq büdcənin 451 milyonu ( 19 %) hərbiyə gedir. 2011-ci ildə rəsmi rəqəmlərə görə əhalinin 31 faizi kasıbçılıq həddində yaşayırdı, 2012-ci ilin sonuna bu rəqəm 34 faizə qalxdı.

"Ermənistan bir ölkə kimi çökür, əhali acından ölür və ölkəni tərk edir, kriminal baş alıb gedir. Yerevan isə Azərbaycan torpaqlarını işğalda saxlamaqla "Böyük Ermənistan" yaradır. Ac, kasıb, başqa xalqların tarixini və mədəniyyətini mənimsəyən, dünya qarşısında yardm dilənən Ermənistan. Alınmır. Alınmayacaq da. Bizim tariximizi yaxşı oxumayıblar. Ya da yaddan çıxarıblar. Hər gün yada salırıq" deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti