Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbirlər A.Bədəlova, D.Xatınoğlu/
İslam inqilabından bəri İranda seçkilərlə bağlı heç bir problem yaşanmayıb. Trend-in məlumatına görə, bu barədə IRNA agentliyi İranın ali dini lideri Ayətullah Əli Xamneyiyə istinadən xəbər verir.
"İranda keçirilən bütün seçkilər - həm parlament, həm də prezident seçkiləri hətta 1979-cu il İslam inqilabı dövründən azad və ədalətli olub", - Xamneyi çərşənbə axşamı İranın Qum şəhərində yerli sakinlərlə söhbətində bəyan edib.
Ali lideri prezident seçkiləri öncəsi təxribat xarakterli bəyanatlardan çəkinməyə çağırıb.
Qeyd edək ki, İranda prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək.