...

"Sepah" Fars körfəzində təhlükəsizliyin qarantıdır - komandan

Siyasət Materials 23 Yanvar 2013 17:37 (UTC +04:00)
İran İslam İnqilabı Keşikçiləri Korpusu ("Sepah") Fars körfəzində təhlükəsizliyin qarantıdır.
"Sepah" Fars körfəzində təhlükəsizliyin qarantıdır - komandan

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran İslam İnqilabı Keşikçiləri Korpusu ("Sepah") Fars körfəzində təhlükəsizliyin qarantıdır. Trend-in çərşənbə günü "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Sepah"ın komandanı general-mayor Məhəmməd Əli Cəfəri bildirib.

Cəfəri qeyd edib ki, "Sepah"ın nüfuzu Fars körfəzinin hüdudlarından kənara da yayılır.

Komandan bu bəyanatı bu gün Hörmüz boğazında raketlərin sınaqdan keçirilməsinə hazırlıq işləri zamanı verib.

O, həmçinin Fars körfəzinin geosiyasi əhəmiyyətini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti