...

Səfir Riçard Morninqstar Azərbaycandakı son hadisələrlə bağlı bəyanat verib

Siyasət Materials 29 Yanvar 2013 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın Azərbaycandakı səfirliyi İsmayıllıda baş vermiş zorakılığa görə təəssüflənir.

Trend-in səfirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbyacandakı son nümayişlərlə bağlı bəyanatında qeyd edib ki, onlar 24 yanvar tarixində Azərbaycanın İsmayıllı şəhərində insanların xəsarət alması, əmlakların dağıdılması, o cümlədən özəl hotelin yandırılması və İcra Hakimiyyəti başçısının şəxsi evi və əmlakına zərərlə nəticələnmiş ictimai iğtişaşlarla bağlı xəbərlər alıblar.

"Polis 26 yanvar tarixində Bakı şəhərində İsmayıllı sakinləri ilə həmrəylik nümayiş etdirmək üçün keçirilən nümayişi dağıdıb və onlarla nümayişçi saxlanılıb. Bu ayın əvvəlində Bakıda və şəhər ətrafında hakimiyyət nümayəndələrinin qanunazidd əməllərinə qarşı daha iki nümayiş keçirilib. Bunlardan biri icarə haqlarının artırılmasına etiraz edən dükan sahibləri, digəri isə orduda qeyri-döyüş şəraitində baş vermiş ölüm hallarına etiraz edən vətəndaşlar tərəfindən keçirilib. Biz İsmayıllıda baş vermiş zorakılığa görə təəssüf edirik. Eyni zamanda, biz qanuni şikayətləri təmin etmək üçün Azərbaycan hökuməti ilə vətəndaşlar arasında konstruktiv dialoqa və hökumət nümayəndələrini sərbəst toplaşmaq və ifadə azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq", - Morninqstar bəyanatında bildirib.

Qeyd edək ki, Respublika Prokurorluğu və DİN-in mətbuat xidmətlərinin birgə yaydığı məlumata görə, yanvarın 23-də İsmayıllı şəhərində "Çıraq" hotelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən "Çıraq" hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti