...

İran Fars körfəzində hərbi təlimlər keçirir

Siyasət Materials 30 Yanvar 2013 16:53 (UTC +04:00)
İran İslam İnqilabının Keşikçiləri Korpusu ("Sepah") bu gündən Fars körfəzində hərbi təlimlərə başlayıb.
İran Fars körfəzində hərbi təlimlər keçirir

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, D.Xatınoğlu/

İran İslam İnqilabının Keşikçiləri Korpusu ("Sepah") bu gündən Fars körfəzində hərbi təlimlərə başlayıb. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.

"Fəth 91" adı altında keçirilən hərbi təlimlər üç gün davam edəcək və asimmetrik müharibədə "Sepah" qüvvələrinin hərəkətinin praktik məşqini özündə birləşdirəcək.

Assimmetrik müharibə hərbi gücü strategiya və ya taktika kimi əsaslı şəkildə fərqlənən döyüşən tərəflər arasında müharibədir.

"Fars News"un məlumatına görə, təlimlər zamanı hərbi gəmilər və raketlərdən istifadə planlaşdırılır.

İranın Dəniz Piyada Qoşunları Korpusu da təlimlərdə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti