...

Fransa Türkiyənin Aİ-yə daxil olması məsələsində mövqeyini dəyişəcək – qəzet

Siyasət Materials 1 Fevral 2013 11:23 (UTC +04:00)
Fransanın yeni rəhbərliyi Türkiyənin Avropa İttifaqına daxil olması məsələsində öz mövqeyini dəyişəcək və Ankaranı dəstəkləyəcək.
Fransa Türkiyənin Aİ-yə daxil olması məsələsində mövqeyini dəyişəcək – qəzet

Azərbaycan, Bakı, 1 fevral / Trend, müxbir A.Tağıyeva /

Fransanın yeni rəhbərliyi Türkiyənin Avropa İttifaqına daxil olması məsələsində öz mövqeyini dəyişəcək və Ankaranı dəstəkləyəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin "Milliyət" qəzeti diplomatik mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, fevralın 2-də Almaniyada keçiriləcək təhlükəsizlik siyasəti üzrə beynəlxalq konfransda Fransa XİN-in rəhbəri Loran Fabius özünün türkiyəli həmkarına Fransanın yeni mövqeyi barədə məlumat verəcək və onunla məsələnin detallarını müzakirə edəcək.

Türkiyə ilə Aİ arasında münaqibətlərin əsası 1964-cü ildə Ankarada müqavilənin imzalanması ilə qoyulub. Aİ-nin bəyanatına görə, 2002-ci ildə qəbul edilən Kopenhagen kriteriyaları Türkiyənin Aİ-yə üzvlüyü üçün əsasdır. 2002-ci ildən başlayaraq Türkiyə Kopenhagen kriteriyaları üzrə ciddi siyasi və iqtisadi islahatlar keçirib. Türkiyənin Aİ-yə üzvlüyü barədə danışıqlar 2005-ci ildən başlayıb və bu günədək davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti