...

Elmar Məmmədyarov Qahirədə bir sıra görüşlər keçirib

Siyasət Materials 7 Fevral 2013 16:53 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısında iştirakı çərçivəsində Maldiv Respublikasının prezidenti Məhəmməd Həsən ilə görüşüb.
Elmar Məmmədyarov Qahirədə bir sıra görüşlər keçirib

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısında iştirakı çərçivəsində Maldiv Respublikasının prezidenti Məhəmməd Həsən ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq imkanları və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Məhəmməd Həsən ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Məmmədyarov, öz növbəsində, Azərbaycanın Maldivlə ikitərəfli münasibətləri genişləndirməyə hazır olduğunu qeyd edib.

Azərbaycanın xarici işlər naziri sammitdə iştirak edən Əlcəzair nümayəndə heyətinin başçısı Bilkasem Sahli ilə də görüşüb. Görüşdə bir sıra sahələrdə, o cümlədən enerji, turizm və iqtisadiyyat sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib. Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin və işgüzar dairələrin təmaslarının əhəmiyyətini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti