...

Ermənistan prezidentliyinə namizəd seçkilərin vaxtının dəyişdirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib

Siyasət Materials 10 Fevral 2013 20:11 (UTC +04:00)
Sui-qəsd zamanı xəsarət almış Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyan bu ölkənin Konstitusiya Məhkəməsinə seçkilərin vaxtının dəyişdirilməsi ilə bağlı müraciət edib.
Ermənistan prezidentliyinə namizəd seçkilərin vaxtının dəyişdirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib

Azərbaycan, Bakı, 10 fevral /Trend /

Sui-qəsd zamanı xəsarət almış Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyan bu ölkənin Konstitusiya Məhkəməsinə seçkilərin vaxtının dəyişdirilməsi ilə bağlı müraciət edib.

Trend-in RİA Novosti agentliyinə istinadən yaydığı məlumata görə, bununla yanaşı Ayrikyan jurnalistlərə bildirib ki, Konstitusiya Məhkəməsinin "özünü pis duruma salaraq" belə bir qərarı rədd etməyəcəyini düşünür. Lakin ekspertlər hesab edir ki, prezidentliyə namizədin müraciəti öz təsdiqini tapmayacaq və buna səbəb kimi Ayrikyanın sui-qəsdən sonrakı dövrdə öz təbliğat kampaniyasının davam etdirməsini səbəb gətirirlər.

Qeyd edək ki, Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı yanvarın 31-də sui-qəsd olunub. İnsident Yerevanın mərkəzində, onun valideynlərinin evinin yerləşdiyi Tpaqriçneri küçəsində baş verib. O, əməliyyat olunub və vəziyyəti sabit hesab edilir.
Ayrikyan Ermənistan prezidentliyinə dördüncü dəfədir namizədliyini irəli sürür. Buna qədər o, 1991-ci, 1998-ci, 2003-cü illərdə seçkilərdə iştirak edib.
Ermənistan Konstitusiyasına əsasən, hər hansı prezidentliyə namizədin seçkilərdə iştirakına maneələr yaradılarsa, seçkilər iki həftə müddətində təxirə salınır.
Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-nə planlaşdırılıb..

Xəbər lenti

Xəbər lenti