...

Aclıq aksiyası keçirən Ermənistan prezidentliyinə namizədin yanında həkimlər növbə çəkəcək

Siyasət Materials 13 Fevral 2013 18:02 (UTC +04:00)
Ermənistanın səhiyyə naziri Derenik Dumanyan 24 gündür aclıq aksiyası keçirən ölkə prezidentliyinə namizəd Andrias Qukasyana yenidən baş çəkib.
Aclıq aksiyası keçirən Ermənistan prezidentliyinə namizədin yanında həkimlər növbə çəkəcək

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Ermənistanın səhiyyə naziri Derenik Dumanyan 24 gündür aclıq aksiyası keçirən ölkə prezidentliyinə namizəd Andrias Qukasyana yenidən baş çəkib.

Trend-in çərşənbə günü Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, nazir bildirib ki, aclığın bu mərhələsində insan oqranizmində ağır fəsadlara yol aça bilən dəyişikliklər baş verir.

Qukasyan namizədə baş çəkdikdən sonra qabaqcıl mütəxəssislərin iştirakı ilə müşavirə keçirib. Müşavirədən sonra Dumanyan namizədin aclıq etdiyi yerin yaxınlığında Təcili Tibbi Yardım Xidmətinin reanimatoloqlardan ibarət növbətçi briqadanın dayanması barədə göstəriş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti