...

Azərbaycanda radiasiya təhlükəsizliyinə dair qanun layihəsi hazırlanıb

Siyasət Materials 15 Fevral 2013 12:53 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Aktivliyin Tənzimlənməsi üzrə Dövlət Agentliyi radiasiya təhlükəsizliyi haqqında yeni qanun layihəsi hazırlayıb.
Azərbaycanda radiasiya təhlükəsizliyinə dair qanun layihəsi hazırlanıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Aktivliyin Tənzimlənməsi üzrə Dövlət Agentliyi radiasiya təhlükəsizliyi haqqında yeni qanun layihəsi hazırlayıb. Trend-in məlumatına görə, bunu agentliyin rəhbəri Vüqar Hüseynov "Azərbaycanın radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərinin inkişafı" üzrə tvinninq layihəsinin təqdimetmə mərasimində deyib.

Hüseynov qeyd edib ki, qanun layihəsi baxılması üçün ötən ilin sonunda FHN-ə göndərilib.

Qanun layihəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin bir çox tələbləri, Azərbaycan Nazirlər Kabinetinin təklifləri öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti