...

İlham Əliyev İtaliya xarici işlər nazirinin müavinini qəbul edib

Siyasət Materials 15 Fevral 2013 15:11 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də İtaliya xarici işlər nazirinin müavini xanım Marta Dassunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev İtaliya xarici işlər nazirinin müavinini qəbul edib

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də İtaliya xarici işlər nazirinin müavini xanım Marta Dassunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti