...

İran Pakistanla sərhəddə hərbi-dəniz bazası yaratmağı planlaşdırır

Siyasət Materials 17 Fevral 2013 14:54 (UTC +04:00)
İran Pakistanla sərhəddə, Pasabandar şəhərində hərbi-dəniz bazası yaratmağı planlaşdırır.
İran Pakistanla sərhəddə hərbi-dəniz bazası yaratmağı planlaşdırır

Azərbaycan, Bakı, 17 fevral /Trend/

İran Pakistanla sərhəddə, Pasabandar şəhərində hərbi-dəniz bazası yaratmağı planlaşdırır. Trend İRNA-ya istinadən xəbər verir ki, bunu İranın hərbi-dəniz qüvvələrinin komandanı, kontr-admiral Həbibulla Səyyari deyib.

Kontr-admiral bildirib ki, yeni baza İranın cənub su ərazilərində formalaşdırılacaq.

Səyyari, həmçinin, söyləyib ki, bu günədək İranın bu regionda hərbi mövcudluğu olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti