...

Ermənistanda seçkilərin nəticələrilə bağlı iqtidar və müxalifət deputatları arasında dava olub

Siyasət Materials 19 Fevral 2013 04:16 (UTC +04:00)
Ermənistanda iqtidar və müxalifət deputatları arasında dava olub. Trend-in İnterfaksa istinadən yaydığı məlumatda bildirilir ki, Ermənistanın xüsusi təhqiqat xidməti hakim Respublika Partiyasının deputatı Sukias Avetisyanla "İrs" müxalifət partiyasının deputatı Ruben Akopyan arasında baş vermiş insidenti araşdıracaq.
Ermənistanda seçkilərin nəticələrilə bağlı iqtidar və müxalifət deputatları arasında dava olub

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Ermənistanda iqtidar və müxalifət deputatları arasında dava olub. Trend-in İnterfaksa istinadən yaydığı məlumatda bildirilir ki, Ermənistanın xüsusi təhqiqat xidməti hakim Respublika Partiyasının deputatı Sukias Avetisyanla "İrs" müxalifət partiyasının deputatı Ruben Akopyan arasında baş vermiş insidenti araşdıracaq.

Məlumatda bildirilir ki, baş təhqiqat idarəsində artıq materiallar hazırlanır.

Xatırladaq ki, seçki günü Ermənistan parlamentinin iqtidar və müxalifət deputatları arasında seçki məntəqələrindən birində nəticələrin saxtalaşdırılması haqqında məlumatın verilməsindən sonra dava olub.

Ermənistanda dövlət başçısı postu uğrunda yeddi namizəd mübarizə aparıb. Bunlar hazırki prezident, hakim Respublika Partiyasının lideri Serj Sarkisyan, "İrs" partiyasının sədri Raffi Ovanisyan, Ermənistan Milli Konqresindən ayrılmış "Azadlıq" Partiyasının lideri, keçmiş baş nazir Hrant Baqratyan, Paruyr Ayrikyan, Arman Melikyan, Vardan Sedrakyan və Andrias Qukasyandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti