Azərbaycan, Bakı, 6 mart/Trend, müxbir A. Tağıyeva/
Türkiyədə 1997-ci il fevralın 28-də baş vermiş dövlət çevrilişilə bağlı işin araşdırılması çərçivəsində istefada olan generel-leytinant İzəddin İyigün saxlanılıb. Bu barədə Trend çərşənbə günü "Sabah" qəzetinə istinadən məlumat verir.
Məlumata görə, ifadə vermək məqsədilə İyigün Ankara məhkəməsinin binasına gətirilib.
Qeyd edək ki, 1997-ci il hərbi çevrilişə dair iş üzrə istefada olan bəzi hərbçilər, həmçinin jurnalistlər saxlanılıb.