...

Misirin Port Səid şəhərində qarşıdurmalar davam edir

Siyasət Materials 7 Mart 2013 02:37 (UTC +04:00)
Misirin Port Səid şəhərində qarşıdurmalar davam edir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, nümayişçilər polislərə daş atarkən, onlara gözyaşardıcı qazlarla cavab verilib.
Misirin Port Səid şəhərində qarşıdurmalar davam edir

Azərbaycan, Bakı, 7 mart /Trend/

Misirin Port Səid şəhərində qarşıdurmalar davam edir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, nümayişçilər polislərə daş atarkən, onlara gözyaşardıcı qazlarla cavab verilib.

Məlumatda deyilir ki, prezident Məhəmməd Mursiyə qarşı şüarlar səsləndirən nümayişçilər həbs edilmişlərin azad olunmasını da tələb ediblər.

Verilən məlumatlara görə, baş vermiş qarşıdurmalar zamanı gözyaşardıcı qazlardan istifadə 500-dən çox insanın zəhərlənməsilə nəticələnib.

Qeyd edək ki, bir neçə gündür ki, başlamış aksiyalarda "Black Bloc" adı altında maskalı qruplar da mitinqlərdə görünüb.

Xəbər lenti

Xəbər lenti