...

Partiya sədri: Əbülfəz Elçibəyin Əli Kərimlinin evində zəhərlənməsi sübuta yetirilib

Siyasət Materials 16 Aprel 2013 14:03 (UTC +04:00)
Müasir Müsavat Partiyasının sədri bəyan edib ki, keçmiş prezident Əbülfəz Elçibəyin Əli Kərimlinin evində zəhərlənməsi tam sübuta yetirilib.
Partiya sədri: Əbülfəz Elçibəyin Əli Kərimlinin evində zəhərlənməsi sübuta yetirilib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.Mehdiyev/

Müasir Müsavat Partiyasının sədri bəyan edib ki, keçmiş prezident Əbülfəz Elçibəyin Əli Kərimlinin evində zəhərlənməsi tam sübuta yetirilib.

"Artıq 110 nəfərə qədər adam dindirilib. O cümlədən, Əbülfəz Elçibəyi Türkiyədə müalicə edən həkimlərin ifadələri alınıb. Verilən şahid ifadələrində tam sübuta yetirilib ki, Əbülfəz Elçibəy Əli Kərimlinin evində keçirilən ad günündə zəhərlənib", - Trend-in məlumatına görə, bu barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev jurnaistlərə deyib.

O qeyd edib ki, Əli Kərimli artıq "içəri"dədir, onun məsələsi bitib. Hacıyevin sözlərinə görə, Elçibəyin qardaşı oğlu da bu barədə ciddi açıqlamalar verdi və ona uyğun olaraq hüquq-mühafizə orqanları müəyyən işlər görür.

Hacıyevin sözlərinə görə, təxminən 10-15 günə Əli Kərimli istintaqda ifadə verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti