Azərbaycan, Bakı, 18 aprel /Trend/
Ermənistan hökuməti bu gün keçirilən iclasda atom enerjisindən dinc məqsədlə istifadə sahəsində əməkdaşlıq haqqında Ermənistan-Belarus hökumətlərarası sazişinin imzalanmasını bəyənib.
Trend Ermənistan KİV-ə istinadən məlumat verir ki, sazişə əsasən, tərəflər tikinti, AES-lərin təhlükəsizliyinin təmin olunması, Ermənistan və Belarusda enerji bloklarının texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılması və təhlükəsiz istismarı məsələlərində əməkdaşlıq edəcəklər.
Bundan başqa, sənəd istifadə olunan nüvə yanacağının emalı və saxlanması, radioaktiv tullantıların idarə olunması və ətraf mühitin mühafizəsində qarşılıqlı fəaliyyəti nəzərdə tutur.