...

Baş nazir: Hakim koalisiyanın prezidentliyə namizədi iki həftədən sonra məlum olacaq

Siyasət Materials 27 Aprel 2013 00:19 (UTC +04:00)
Hakim "Gürcü arzusu" koalisiyasından Gürcüstan prezidentliyinə namizəd 2 həftədən sonra məlum olacaq.
Baş nazir: Hakim koalisiyanın prezidentliyə namizədi iki həftədən sonra məlum olacaq

Gürcüstan, Tbilisi, 27 aprel /Trend, müxbir N.Kirsxaliya/

Hakim "Gürcü arzusu" koalisiyasından Gürcüstan prezidentliyinə namizəd 2 həftədən sonra məlum olacaq. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri Bidzina İvanişvili "Rustavi-2" telekanalına müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, o, artıq öz seçimini 2-3 namizəddə dayandırıb, lakin onları öz komandasında müzakirə etmək niyyətindədir.

"Mən onların da təkliflərini dinləməyə hazıram, çünki biz birlikdə qərar qəbul edirik", - İvanişvili deyib.

Onun fikrincə, Gürcüstan Prezidenti hakimiyyətə can atmamalıdır.

"Düşünürəm ki, biz layiqli namizədi seçəcəyik, çünki bizdə ləyaqətli insanlar var", - Baş nazir qeyd edib.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 1-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti