...

İlham Əliyev Qobustan rayonunda səfərdədir (FOTO)

Siyasət Materials 1 May 2013 13:06 (UTC +04:00)
Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
İlham Əliyev Qobustan rayonunda səfərdədir (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend/

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov dövlətimizin başçısına Qobustanda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti