...

Türkiyə mina əleyhinə zirehli texnikanın alınması üzrə müqaviləni ləğv edəcək

Siyasət Materials 3 May 2013 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Tağıyeva/

Türkiyə "Kirpi" tipli yeni mina əleyhinə zirehli texnikanın alınması üzrə özəl BMC şirkəti ilə bağlanan müqaviləni ləğv etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə günü "Zaman" qəzeti xəbər yayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri Müdafiə Sənayesi Katibliyi əməkdaşlıqdan imtina olunması ilə bağlı şirkətə xəbərdarlıq məktubu göndərib. Müqavilənin ləğv olunmasına səbəb Türkiyə tərəfindən 2009-cu ildə sifariş olunan zirehli texnikanın yeni partiyasının istehsalında ləngimələr olub.

Müqavilənin ləğv olunması ilə yanaşı Türkiyə tərəfi şirkətdən 7 milyon avro dəyərində cərimə də tələb edə bilər.

Zirehli texnikanın istehsalı şirkətin onun istehsalı üçün lazımı qədər kredit ala bilmədiyinə görə dayandırılıb.

Türkiyə Silahlı Qüvvələri ilə müqavilə bağlanandan sonra BMC şirkəti 2009-cu ilin martından 2011-ci ilin dekabrınadək 278 ədəd zirehli texnika istehsal edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti