Azərbaycan, Bakı, 5 may /Trend/
İsrailin "Mavi Mərmərə" gəmisinə hücumla bağlı Türkiyədən üzr istəməsindən sonra öldürülmüş Türkiyə vətəndaşlarının ailələrinə təzminat verilməsi məsələsi üzrə ikinci görüş sabah İsrailin paytaxtı Təl-Əviv şəhərində keçiriləcək.
Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, xarici işlər nazirinin müavini Firudin Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti sabah Təl-Əvivə səfər edəcək.
Görüşdə İsraili aprelin 22-də Ankarada keçirilən ilk toplantıda iştirak etmiş Baş nazir Benyamin Netanyahunun sözçüsü ilə Təhlükəsizlik Şurasının rəhbəri Yaakov Amidror təmsil edəcəklər.